Xəzər Xəbər

Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində beş nəfər həlak olub

Dünya | 15:15 • 9 Dekabr 2019
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində beş nəfər həlak olub

Yeni Zelandiya polisi Ağ Adada (White Island) gözlənilməz vulkan püskürməsi nəticəsində beş nəfərin həlak olduğunu təsdiqləyib.


Xezerxeber.az xəbər verir ki, bu barədə mülki müdafiə qərargahı komissarının müavini Con Tims hadisədən sonra keçirilən brifinqdə məlumat verib.


Polisin bildirdiyinə görə, adanın qalın kül qatı ilə örtülməsi xilasedicilərin işini çətinləşdirir. Həlak olanların hamısı püskürmənin ilk saatlarında təxliyə edilənlər sırasındadır. Dörd nəfər xəstəxanada ölüb. Hadisə nəticəsində 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Adada 27 nəfərə yaxın insanın qaldığı ehtimal edilir. Onların sağ qalıb-qalmadığı bilinmir. Ada ilə əlaqə kəsilib.


Püskürmə vaxtı orada yeni zelandiyalıların və avstraliyalı turistlərin olduğu bildirilir.


White Island Yeni Zelandiyanın yeganə vulkanik adasıdır. Bundan əvvəlki püskürmələr 2012-ci ilin sonlarında və 2013 ilin əvvəlində qeydə alınıb. Ada dünyada aktiv vulkanların ən çox ziyarət olunduğu yerdir və turist səfərləri üçün açıqdır.

Xəbər lenti