Xəzər Xəbər

İranın hərbi düşərgəsinə hava zərbələri endirib

Dünya | 17:49 • 8 Dekabr 2019
İranın hərbi düşərgəsinə hava zərbələri endirib

Suriyanın şimal-şərqində yerləşən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi düşərgəsinə naməlum təyyarələr tərəfindən hava zərbələri endirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində azı 5 hərbçi həlak olub, bir neçə nəfər yaralanıb.

Bildirilir ki, zərbələr İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirilmiş ola bilər.

İslam İnqilabı Keşikçiləri Korpusu bu məlumatı hələki şərh etməyib.

Xəbər lenti