Xəzər Xəbər

İranda etirazlar: Neçə nəfər öldürüldü? – Sensasion iddia

Dünya | 16:44 • 7 Dekabr 2019
İranda etirazlar:

İranda noyabrın ortalarından benzinin bahalaşmasına etiraz olaraq başlayan nümayişlərdə 1000-dən çox insanın ölümünə səbəb olduğu təsdiqlənə bilər.

Bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

Amerikalı diplomat iddia edir ki, etirazların başlandığı ilk anlarda İran rejimi yüzdən çox insanın ölümünə səbəb olub.

O, ölənlərin arasında bir neçə uşağın olduğunu istisna etməyib və qeyd edib ki, Tehran interneti blokladığı üçün dəqiq məlumat əldə etmək çətinləşib.

Huk minlərlə insanın yaralandığını, 7000 nəfərin həbs edildiyini də söyləyib.

Noyabrın 15-də İranın yüzdən çox şəhərində benzinin bahalaşmasına etiraz olaraq kütləvi nümaişlər başlayıb./teleqraf

Xəbər lenti