Xəzər Xəbər

Putinin ən böyük arzusu budur - Bayden

Dünya | 15:40 • 7 Dekabr 2019
Putinin ən böyük arzusu budur - Bayden

Rusiya Prezidenti Vladimir Putin hər şeyi edir ki, NATO-nu parçalasın və ABŞ-la AB-nin birliyini pozsun.

Bunu ABŞ vitse-prezidenti Cozef Bayden deyib.

"Mən şəxsən Putinlə müzakirə aparmışam. Onun gözlərinə baxdım. Bu adamın böyük bir arzusu var idi, o da NATO-nu bitirib, ABŞ-ı Avropadan ayrılmağa məcbur etməkdir", - deyə o bildirib.

Bayden Donald Trampın geosiyasi problemlərdən anlayışının olmadığını deyib:

"Düşünmürəm ki, bugünkü ABŞ prezidentinin hansısa geosiyasi problem haqqında anlayışı var. O, xarici siyasət haqqında heç nə bilmir"./axar.az

Xəbər lenti