Xəzər Xəbər

Qətər Səudiyyə ilə danışıqlara başladı – 2,5 il sonra

Dünya | 15:36 • 7 Dekabr 2019
Qətər Səudiyyə ilə danışıqlara başladı

Qətər Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpası üçün danışıqlar aparır.

Bunu Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Sani deyib.

"Səudiyyə Ərəbistanından olan qardaşlarımızla danışıqlar aparılır. Ümid edirik ki, danışıqlar müsbət nəticə verəcək”, - deyə o bildirib.

XİN rəhbəri Qətərin müstəqil siyasət yeritdiyini və onun daxili işinin hansısa tərəflə danışıqlar mövzusu olmayacağını söyləyib.

Qeyd edək ki, 2017-ci ildən Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətəri terrorizmdə ittiham edərək, onunla əlaqələri tam dayandırıblar./axar.az

Xəbər lenti