Xəzər Xəbər

Angela Merkel ilk dəfə Osventsim düşərgəsini ziyarət edib

Dünya | 16:43 • 6 Dekabr 2019
Angela Merkel ilk dəfə Osventsim düşərgəsini ziyarət edib

Almaniya Kansleri Angela Merkel dekabrın 6-da ilk dəfə Osventsimdəki keçmiş alman düşərgəsi Auşvits-Birkenau ərazisində yerləşən muzeyə gəlib.


Xezerxeber.az xəbər verir ki, Angela Merkel Polşanın Baş naziri Mateuş Moravetskinin müşayiəti ilə burada bir neçə saat qalıb və həlak olan insanların xatirəsini yad edib.


"Bu, kansler Angela Merkelin Auşvits düşərgəsinə ilk səfəri, vəzifədə olan Almaniya kanslerlərinin isə üçüncü səfəridir”, - deyə Polşa Xarici İşlər nazirinin müavini Pavel Yablonski bildirib.


Qeyd edək ki, faşistlər Auşvits-Birkenau düşərgəsinin qaz kameralarında yəhudilərlə yanaşı, Polşa ziyalılarını və sovet hərbi əsirlərini də yandırıblar. Əldə olan məlumatlara görə, ümumilikdə bu düşərgədə müxtəlif millətlərdən olan 1,5-2 milyon insan öldürülüb.

Xəbər lenti