Xəzər Xəbər

ABŞ və Braziliya BMT-də səsvermə hüququnu itirə bilər – Borc qalmaqalı

Dünya | 13:57 • 6 Dekabr 2019
ABŞ və Braziliya BMT-də səsvermə hüququnu itirə bilər

Braziliya bu ilin sonuna qədər BMT-yə üzvülük borcunu ödəməyəcəyi təqdirdə bu platformada səsvermə hüququnu itirmək riski ilə üzləşəcək.

193 dövlətin təmsil olunduğu və son 10 ildə ciddi büdcə böhranı keçirən BMT-yə üzvü dövlətlərdən 54-ü üzvlük haqqını ödəməyib.

Braziliyanın isə BMT-yə 415 milyon dollardan çox borcu var.

BMT-nin nizamnaməsinin 19-cu maddəsinə görə, bir ölkənin borcu son 2 ildə ödədiyi üzvülük haqqından çox olduğu halda həmin dövlət BMT Baş Məclisində səsvermə hüququnu itirir.

Braziliya BMT-də səsvermə hüququnu itirməməsi üçün ilin sonuna qədər 126 milyon dollar ödəməlidir.

Qeyd edək ki, ABŞ-ın BMT-yə 491 milyon dollar borcu var. BMT-nin 5,4 milyardlıq büdcəsinin 22 faizini ödəyən ABŞ bir müddət əvvəl quruma 2018-ci ildən qalan borcları ilə burlikdə 563 milyon dollar ödəyib./teleqraf

Xəbər lenti