Xəzər Xəbər

Parisdə tətil başlayıb, nəqliyyat sistemi iflic olub

Dünya | 20:11 • 5 Dekabr 2019
Parisdə tətil başlayıb, nəqliyyat sistemi iflic olub

Fransada müddətsiz tətil və nümayişlər başlayıb. Böyük şəhərlərdə nəqliyyat sistemi iflic vəziyyətindədir. Təqaüdlə bağlı islahatlar əleyhinə ölkə üzrə 245 etiraz nümayişinin təşkil olunduğu bildirilir.

Polis Parisdə nümayişlərə mindən çox radikal anarxistin qoşulacağını xəbər verərək, bütün ticarət mərkəzlərinin bağlanmasını tövsiyə edib. Paytaxtda ictimai asayişin qorunması üçün 6 mindən çox polis səfərbər edilib.

Parisin Respublika meydanında artıq nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

Nümayişin əvvəlində 285 min nəfərin iştirakı etdiyi bildirilib.

Fransanın paytaxtı Parisdə nəqliyyat işçilərinin dekabrın 5-də başlayan tətili dekabrın 9-na qədər davam edəcək.

Xəbər lenti