Xəzər Xəbər

Almaniya-Türkiyə qalmaqalı: Berlin onlara oturum icazəsi verməyə başladı

Dünya | 14:40 • 5 Dekabr 2019
Almaniya-Türkiyə qalmaqalı:

Türkiyə ilə Almaniya arasında yaşanan "casus vəkil” olayı çərçivəsində Berlin yeni addımlar atıb.

Almaniyanın Ankara konsulluğunun sifarişi ilə işləyən vəkil Yılmaz S.-nın ofisində ələ keçən sənədlərdə adı olan 70-dən çox şəxsə alman hökuməti oturum icazəsi verib.

Xatırladaq ki, Yılmaz S. sentyabrın 17-də Ankarada saxlanılıb. Onun evində və ofisində aparılan axtarış zamanı 10-larla dosye ələ keçirilib. Məlum olub ki, vəkil 15 iyul dövlət çevrilişindən sonra qanunsuz yollarla Avropaya qaçan və getdikləri ölkələrdə oturum tələbi irəli sürən FETÖ və PKK-lılarla bağlı hesabatlar hazırlayır.

Bu hadisədən sonra Almaniyanın müvafiq qurumları adı Türkiyə kəşfiyyatının əlinə keçən satqınların yaşadıqları ünvamı bir-bir gəzərək onlara ehtiyatlı olmaq haqda xəbərdarlıq etmişdi.

Siyahıda adı olan PKK və FETÖ-çülərin adı Türkiyə kəşfiyyatının əlinə keçdiyi üçün Almaniya bu şəxslərə oturum icazəsi verməyə başladı. Qeyri-rəsmi məlumatlara görə, Türk kəşfiyyatının əlinə 47 nəfərin adı keçib.

Vəkilin həbsindən sonra bu 47 nəfərin 27-nə "mühafizə statusu” verilib, 18 nəfərin sənədləri isə yenidən araşdırılıb. Siyahıda olan 2 nəfər haqqında təhlükə olmadığı vurğunlansa da, onların deportasiya edilməyəcəyi ortaya çıxıb./teleqraf

Xəbər lenti