Xəzər Xəbər

İranın ABŞ-a qarşı ŞOK PLANI: Prezident seçkilərindən sonra Çinlə...

Dünya | 14:36 • 5 Dekabr 2019
İranın ABŞ-a qarşı ŞOK PLANI:

İran neft ixrac etmək üçün ABŞ-da keçiriləcək prezident seçkilərini gözləyir.

Bunu İran Araşdırmalar Mərkəzinin iqtisadiyyat araşdırmaçısı Əhməd Nəbizadə deyib.

Ekspert bildirib ki, ABŞ-ın sanksiyaları, iqtisadi gəlirinin 80%-i neftdən daxil olan İran üçün böyük sıxıntı yaradır: "2020-ci ildə keçiriləcək prezident seçkilərinə ümid edirik. İran neft ixracatına davam etmək və iqtisadiyyatını düzəltmək üçün seçkilərə qədər ruhdan düşməməyə çalışır”.

Nəbizadə İranın Xuzistan əyalətində 53 milyard barel neft ehtiyatının tapılması barədə xatırlatma edərək bildirib ki, ABŞ sanksiyaları səbəbilə bu, İran iqtisadiyyatını rahatlatmayacaq: "Ehtiyatın çıxarılması və işlənməsi üçün İranın xarici sərmayəyə və texnologiyaya ehtiyacı var. Prezident Həsən Ruhani yeni ehtiyatların kəşf edildiyini açıqlayaraq xalqa ümid vermək istəyir. Amma Tehran ABŞ ilə müzakirələrə oturmaq, ya da ABŞ-da keçiriləcək prezident seçkilərini gözləmək arasında seçim etməlidir. Sentyabrda 250 min barel neft idxal edən Çin hazırda İranın yeganə müştərisidir. Çinin "İpək Yolu” layihəsi çərçivəsində İrana təmin edə biləcəyi üstünlüklər Tehran üçün çıxış yolu ola bilər”.

Beynəlxalq Energetika Agentliyinin hesabatına görə, 2018-ci il üçün təsdiq edilmiş neft ehtiyatı 157 milyard barel olan İran dünya miqyasında 4-cü, təbii qaz ehtiyatı üzrə isə 2-ci yerdə dayanır.

2018-ci ildə gündəlik 2,8 milyon barel xam neft və kondensat ixrac edən İran, ABŞ-ın sanksiyalarından sonra oktyabr ayında sadəcə 300 min barel həcmində ixrac reallaşdıra bilib./publika.az

Xəbər lenti