Xəzər Xəbər

Donald Tramp Ukraynaya əlavə hərbi yardım üçün 250 milyon dollar istəyib

Dünya | 14:05 • 5 Dekabr 2019
Donald Tramp Ukraynaya əlavə hərbi yardım üçün 250 milyon dollar istəyib

ABŞ KİV-lərinin Pentaqon və Konqresdəki mənbələrə istinadla yaydıqları məlumata görə, Prezident Donald Tramp 2020-ci ilin büdcəsində hərbi ehtiyaclar üçün Ukraynaya maliyyə yardımı göstərilməsi proqramına azı 250 milyon dollar əlavə vəsait istəyəcək.


AZƏRTAC xəbər verir ki, bu yay ABŞ Konqresi 2020-ci maliyyə ili üçün Milli Müdafiə haqqında Qanuna müvafiq olaraq, təhlükəsizlik sahəsində Ukraynaya yardım göstərilməsi üzrə təşəbbüsün dəstəklənməsinə 250 milyon dollar ayrılmasını təsdiqləyib.


Nümayəndələr Palatasının qanun layihəsinin mətninə Ukraynada operativ kəşfiyyatın, raketdənmüdafiə silahlarının, tibbi yardımın və təhlükəsiz rabitə qurğularının dəstəklənməsinə 250 milyon dollar məbləğində sorğu daxil edilib. Senata təqdim ediləcək qanun layihəsində bu rəqəm 300 milyon dollardır.

Xəbər lenti