Xəzər Xəbər

İraqda İĞTİŞAŞLAR davam edir: İran konsulluğunun binası yenidən yandırıldı

Dünya | 10:00 • 4 Dekabr 2019
İraqda İĞTİŞAŞLAR davam edir:

İraqın Nəcəf şəhərindəki İran konsulluğunun binası yenidən yandırılıb.

Bu barədə İraq mediası məlumat yayıb.

Bununla da konsulluq binası 3-cü dəfə etirazçıların qəzəbinə tuş gəlib.

Qeyd edək ki, ölkədə korrupsiya, işsizlik və ictimai xidmətlərin çatışmazlığına görə baş qaldıran və 2 aydır səngiməyən etiraz aksiyalarında iğtişaşçılar İraq üzərindəki hərbi və siyasi hegemonluğa görə İranı hədəf alıb. Onlar İranı ölkədə məzhəbçiliyi yaymaqda ittiham edir./publika.az

Xəbər lenti