Xəzər Xəbər

Makron: “NATO ilə bağlı dediklərimin arxasındayam”

Dünya | 19:18 • 3 Dekabr 2019
Makron: “NATO ilə bağlı dediklərimin arxasındayam”

Londonda ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.


APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Fransa Prezidenti NATO barəsində işlətdiyi "ölmüş beyin” ifadəsinə münasibət bildirib.


"Dediklərimin arxasındayam. Mən güclü NATO-nun tərəfdarıyam”, - deyə E. Makron vurğulayıb.


ABŞ Prezidenti isə fransalı həmkarını tərifləyib.


"Makron böyük siyasətçidir”, - deyə D. Tramp qeyd edib.


O, E. Makronun ABŞ-ın NATO üçün daha çox maliyyə ayırmasını etiraf etməsinin sevindirici hal olduğunu söyləyib.

Xəbər lenti