Xəzər Xəbər

Kim Çen In KXDR-də utopiya-şəhərin açılışını edib

Dünya | 18:14 • 3 Dekabr 2019
Kim Çen In KXDR-də utopiya-şəhərin açılışını edib

Şimali Koreya lideri Kim Çen In KXDR-in şimal-şərqində yerləşən Samjiyon mahalında tikilən yeni şəhərin açılışında iştirak edib.


AZƏRTAC Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, təntənəli açılış mərasimi koreyalılar üçün müqəddəs Pektu dağı yaxınlığında keçirilib. Şəhər KXDR-in hazırkı liderinin atası, sabiq dövlət başçısı Kim Çen İrin doğma mahalında inşa edilib. Onun heykəli isə şəhərin mərkəzində ucaldılıb.


Koreya Mərkəzi Teleqraf Agentliyi yeni şəhəri sosializmdə qurulan və müasir sivilizasiyanı təcəssüm etdirən utopiya adlandırıb.


Samjiyon adı verilən şəhərdə yeni yaşayış binaları, mehmanxanalar, tibb və mədəniyyət müəssisələri, dağ xizək kurortu tikilib. Şəhərdəki 380 məhəllədə 4 min ailənin yaşayacağı planlaşdırılır.


NK News portalının məlumatına görə, yeni şəhər haqqında reportajlarda onun tikintisində Kim Çen Inın fəal iştirakı qeyd olunur. Vurğulanır ki, KXDR lideri həm inşaatçılara, həm də dizaynerlərə rəhbərlik edib. Həmçinin hava şəraitindən asılı olmayaraq, tikintiyə müntəzəm baş çəkib.

Xəbər lenti