Xəzər Xəbər

“SSRİ dağıldı, indi isə Rusiya...” – Pompeodan şok iddia

Dünya | 14:46 • 3 Dekabr 2019
“SSRİ dağıldı, indi isə Rusiya...”

"NATO ölkələri Rusiyadan gələn böyük bir kiber təhlükəni qarşılaşmağa hazır olmalıdır”.

Bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

Pompeo Rusiyanın SSRİ qədər təhlükəli olduğunu bildirib: "Sovet İttifaqı ilə mübarizə üçün NATO yaradıldı. Sovet İttifaqı dağıldı, amma Rusiya qalır. Rusiyadan gələn təhdidin xarakteri də dəyişib, indi kiber sferada çox böyük bir gücə sahibdir. NATO-nun bu problemlə üzləşməyə hazır olduğundan əmin olmalıyıq”.

Dövlət katibi Rusiya ilə yanaşı, Çinin də müttəfiqlər üçün ciddi problemlər yaratdığını vurğulayıb:

"NATO üçün Çin də böyük bir təhlükədir, NATO sistemləri, rabitə kanalları və texnologiyalarına gizli şəkildə hücum etməyə çalışır. NATO bu hücumlara hazır olmalıdır”./teleqraf


Xəbər lenti