Xəzər Xəbər

Trampdan qalmaqal yaradacaq sözlər: "Çox aşağılayıcı"

Dünya | 14:28 • 3 Dekabr 2019
Trampdan qalmaqal yaradacaq sözlər:

ABŞ prezidenti Donald Tramp NATO-nun Londonda keçirilən zirvə toplantısı çərçivəsində qurumun baş katibi Yens Stoltenberqlə görüşüb.

Tramp, Fransa prezidenti Emmanuel Makronun "NATO-nun beyin ölümü gerçəkləşdi" açıqlamasına münasibət bildirib:

"NATO böyük məqsədə xidmət edir. Alyans üçün belə bir açıqlama verə bilmərsiniz. Bu, "çox aşağılayıcı" ifadədir. Fransa iqtisadiyyatındakı vəziyyət elə də yaxşı deyil. Fransa Amerika şirkətlərinə vergi tətbiq edə bilməz. Bu hüquqa yalnız ABŞ məxsusdur"./Publika.az

Xəbər lenti