Xəzər Xəbər

ABŞ-dan Fransaya böyük zərbə: Əlavə rüsumlar...

Dünya | 12:31 • 3 Dekabr 2019
ABŞ-dan Fransaya böyük zərbə:

Fransa ABŞ-ın rəqəmsal şirkətlərinə qarşı diskriminasiya siyasəti həyata keçirir.

Bu məlumat ABŞ Ticarət Nümayəndəliyinin hesabatında yer alıb. Hesabatda ABŞ-ın Fransaya cavab olaraq bu ölkədə istehsal olunan 2,4 milyardlıq mala 100%-lik rüsum tətbiq ediləcəyi vurğulanıb.

Məlumata görə, ABŞ Ticarət Nümayəndəliyi artıq bununla bağlı təhqiqatın ilkin mərhələsini başa çatdırıb. Vaşinqton, həmçinin, analoji təhqiqatı Avstriya, İtaliya və Türkiyəyə qarşı aparacaqlarını bildirib.

Qeyd edək ki, iyulun ortasında Fransa parlamenti Feysbuk, Əpl, Amazon və Quql kimi böyük rəqəmsal şirkətlərin xidmətlərinə vergi tətbiqi haqqında qanun qəbul edib. Fransanın bu addımı Trampın kəskin tənqidinə səbəb olub./axar.az

Xəbər lenti