Xəzər Xəbər

Ərdoğanın yaxın adamı Davudoğlunun partiyasında – Yeni gəlişmə

Dünya | 11:57 • 3 Dekabr 2019
Ərdoğanın yaxın adamı Davudoğlunun partiyasında –

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu dekabrın 6-da yeni qurduğu siyasi partiyanın qərargahını açmağı planlaşdırır.

Partiyanın adı hələlik bəlli olmasa da, artıq iki-üç alternativ mövcuddur.

Daxili İşlər Nazirliyinə rəsmi ərizə təqdim olunandan sonra partiyanın adına aydınlıq gələcək. Lakin siyasi təşkilatın loqosu kimi günəş simvolunun müəyyən edildiyi üzə çıxıb.

Məlumata görə, partiyanın 50-yə yaxın bölgədə təşkilatı qurulacaq.

Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkilləri Səlcuq Özdağ, Ayxan Səfər Üstün, Fəramuz Üstün, Abdullah Başçı və sabiq nəqliyyat naziri Feridun Bilginin də partiyanın qurucu simaları arasında yer aldığı bildirilib.

Əlavə edək ki, Feridun Bilgin AKP sədrinin köməkçisi Mehmet Özhasekinin bacanağıdır. AKP-nin sədri isə Türkiyə prezidentidir.

Əhməd Davudoğlu partiyanı dekabrın 16-da elan edəcək./teleqraf


Xəbər lenti