Xəzər Xəbər

Noyabrda Türkiyə ərazisində 86 terrorçu zərərsizləşdirilib

Dünya | 14:53 • 2 Dekabr 2019
Noyabrda Türkiyə ərazisində 86 terrorçu zərərsizləşdirilib

Noyabrda Türkiyə ərazisində PKK/YPG terror təşkilatının üzvü olan 86 nəfər zərərsizləşdirilib.


AZƏRTAC xəbər verir ki, Türkiyənin bir çox şəhərlərində aparılan əməliyyatlar nəticəsində terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən 340 nəfər saxlanılıb. Onlardan 108 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib.


Noyabrda ölkə daxilində aparılan əməliyyatlar zamanı Türkiyə təhlükəsizlik xidmətinin bir əməkdaşı və beş nəfər dinc sakin həlak olub, altı hərbçi xəsarət alıb.


Aidiyyəti qurumlar terrorçuların zərərsizləşdirilməsi istiqamətində birgə səyləri fasiləsiz davam etdirirlər.

Xəbər lenti