Xəzər Xəbər

Suriyanın Hələb şəhəri atəşə tutuldu: 5 nəfər öldü

Dünya | 12:27 • 22 Noyabr 2019
Suriyanın Hələb şəhəri atəşə tutuldu:

Suriyanın Hələb şəhərinin yaşayış məntəqələrinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 30-dan çox insan yaralanıb.

Bu barədə məhkəmə tibbi ekpertizasında yerli mənbə bildirib.

Daha əvvəl "Sham FM" radiosu 3 nəfərin ölməsi və bir neçə nəfərin yaralanması barədə məlumat verib.

Bildirilir ki, Hələbin bir neçə rayonunun terrorçular tərəfindən atəşə tutulması nəticəsində qadın və uşaq da daxil olmaqla 5 nəfər ölüb, 31 nəfər yaralanıb.

Hələbin qərbindəki ərazilər - Aazamiya və Salah-Din, eləcə də şəhər mərkəzindəki Cəmiliya rayonu atəşə tutulub./Teleqraf.com

Xəbər lenti