Xəzər Xəbər

ABŞ-dan ermənilərə BÖYÜK ZƏRBƏ: Bu dəfə...

Dünya | 12:11 • 22 Noyabr 2019
ABŞ-dan ermənilərə BÖYÜK ZƏRBƏ:

1915-ci il hadisələrinin erməni soyqırımı kimi tanınmasını ehtiva edən qətnamə, demokratçı senator Bob Menendez tərəfindən ABŞ Senatına ikinci dəfə təqdim olunub.

Bu dəfə Corcia ştatının senatoru Devid Perdu qətnamənin səsverməyə çıxarılmasını blok edib.

Senator bildirib ki, qətnamənin müzakirəyə çıxarılması üçün doğru zaman deyil.

Qeyd edək ki, sözügedən layihə daha əvvəl respublikaçı senator Lindsi Qraham tərəfindən blok olunmuşdu.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası 29 oktyabrda keçirdiyi səsvermədə 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etmişdi./publika.az

Xəbər lenti