Türk təhlükəsizlik xidməti əməkdaşlarının Əzizdə saxladığı terrorçu İŞİD-in "baş bombaçısı” adlandırılan Əbu Cihad əl-Din əl-Nazir İbeydə kod adlı Yusif Hubadır.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Nazir qeyd edib ki, Yusif Huba müxtəlif ölkələrdə 20 terror hücumundan şübhəli bilinir.
Huba İŞİD-in dünyada kamikadze və canlı bomba hazırlanması üzrə cavabdeh şəxsi olub./teleqraf