Xəzər Xəbər

Paytaxtda havanın çirkliliyi rekord səviyyəyə çatdı

Dünya | 11:07 • 22 Noyabr 2019
Paytaxtda havanın çirkliliyi rekord səviyyəyə çatdı

Hindistanın paytaxtı Nyu-Dehlidə havanın çirklənmə səviyyəsi yenidən təhlükəli səviyyəyə çatıb.

Hindistan mətbuatının xəbərinə görə, paytaxtın bəzi bölgələrində havanın keyfiyyət indeksi 400-dən çoxdur.

Havanın bu dərəcədə çirklənməsinə səbəb isə sənayenin havaya buraxdığı emissiyalar, təsərrüfat məqsədilə anduzların yandırılması və çirkli dumanın küləklə paytaxta doğru daşınmasıdır.

Hava Keyfiyyəti və Proqnozlaşdırma-Araşdırma Sisteminə (SAFAR) görə, Nyu-Dehlidəki havanın keyfiyyəti 2 gün bu səviyyədə qalacaq. Mütəxəssislər kəskin nəm və sakit küləyin havadakı çirkli hissəciklərin dağılmasının qarşısını aldığını bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının ötən il açıqladığı hesabata görə, dünya miqyasında ən çirkli havaya malik 10 şəhər Hindistanda yerləşir./publika.az

Xəbər lenti