Xəzər Xəbər

Şri-Lankanın Baş naziri və bütün əyalətlərin qubernatorları istefa verib

Dünya | 16:59 • 20 Noyabr 2019
Şri-Lankanın Baş naziri və bütün əyalətlərin qubernatorları istefa verib

Şri-Lankanın Baş naziri Ranil Vikramasinqh postunu tərk edib.


Xezerxeber.az xəbər verir ki, bu qərar rəqib partiyanın namizədi Qotobaya Racapaksanın qələbəsi ilə nəticələnən prezident seçkilərindən bir neçə gün sonra qəbul olunub. Ranil Vikramasinqhin istefası yeni prezidentə öz hökumətini qurmaq imkanı yaradacaq.


Baş nazirlə yanaşı, Şri-Lankanın bütün doqquz əyalətinin qubernatorları da istefa verib. Məmurlar bu barədə prezident katibliyindən müvafiq göstəriş alıb.


Noyabrın 16-da Şri-Lankada siyasi təlatümlər fonunda baş tutan prezident seçkilərində Qotobaya Racapaksa qələbə qazanıb. Sabiq prezident Maytripala Sirisena 2018-ci ildə Ranil Vikramasinqhi hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə indiki dövlət başçısının qardaşı sabiq prezident Mahindu Racapaksanı gətirməyə çalışıb. O, hökuməti istefaya göndərib və Vikramasinqhi dəstəkləyən parlamentin fəaliyyətini dayandırmağa cəhd göstərib. Bundan sonra ölkəni etirazlar dalğası bürüyüb və dekabr ayında Ali məhkəmə Sirisenanın qərarını ləğv edib.

Xəbər lenti