Xəzər Xəbər

İtaliyada qədim əşyaları satan kontrabanda saxlanılıb

Dünya | 13:58 • 19 Noyabr 2019
İtaliyada qədim əşyaları satan kontrabanda saxlanılıb

İtaliyada əntiq əşyalarla qeyri-qanuni ticarət edən beynəlxalq qrupun üzvlərinin əməllərinin üstü açılıb.


İtaliya polisinin keçirdiyi əməliyyat zamanı 23 üzvü olan qrupdan 10 min ədəd Qədim Roma artefaktı aşkarlanaraq götürülüb. Lakin bildirilib ki, artıq bir çox qədim əşya London və Münhen auksionlarında satılıb. Əşyalar İtaliyanın cənubundan gətirilibmiş. Bunlar əsasən eramızdan əvvəl 4-3-cü əsrə aid vazalar, zinyət əşyaları və boşqablardır.


İtaliyanın Kalabriya polis idarəsinin rəisi Bartole Talyettinin məlumatına görə, qrup üzvlərindən ikisi artıq həbs olunub, digərləri isə nəzarət altında saxlanılır. Hazırda Milanda və digər iri şəhərlərdə fəaliyyət göstərən qrup üzvlərinin axtarışı davam edir. (AZƏRTAC)

Xəbər lenti