Xəzər Xəbər

Əsəd İsrailin nəzarətində olan Colan təpələrinə zərbə endirdi

Dünya | 12:09 • 19 Noyabr 2019
Əsəd İsrailin nəzarətində olan

Suriyadan İsrailin nəzarəti altında olan Colan təpələrinə raket zərbələri endirilib.

İsrail Hava Hücumundan Müdafiə Sistemləri atılan 4 raketi zərərsizləşdirə bilib.

Əsəd rejiminə bağlı SANA agentliyi isə xəbər yayıb ki, paytaxt Dəməşqin hava limanı yaxınlığında partlamalar qeydə alınıb.

İsrail ordusu Colan təpələrinə atılan raketlərin zərərləşdirildiyini elan edib./teleqraf

Xəbər lenti