Xəzər Xəbər

Ukraynalı dünyada ən gənc katolik yepiskopu olub

Dünya | 16:50 • 18 Noyabr 2019
Ukraynalı dünyada ən gənc katolik yepiskopu olub

Ukraynalı keşiş Stepan Sus Ukrayna Yunan Katolik Kilsəsinin (UYKK) Ali Arxiyepiskopu Kuriyasının yepiskopu təyin edilib.


AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, oktyabr ayında 38 yaşı tamam olmuş keşiş dünyada ən gənc katolik yepiskop olub.


Stepan Sus 1981-ci il oktyabrın 7-də Lvovda anadan olub. Lvov Müqəddəs Ruh dini seminariyasında təhsil alıb. Lvov Quru Qoşunları Akademiyası nəzdində kapellan xidməti keçib. 2008-2012-ci illərdə UYKK-nin Lvov arxiyeparxiyasında hərbi qulluqçular üçün keşiş olub. 2012-ci ildə Lvov arxiyeparsiyasının hərbi qulluqçular, tələbələr və kimsəsiz uşaqların işləri üzrə sinkeli, habelə Lvovda Müqəddəs Pyotr və Pavel qarnizon kilsəsinin baş keşişi təyin edilib.

Xəbər lenti