Xəzər Xəbər

Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıblar

Dünya | 13:56 • 18 Noyabr 2019
Ermənistanın baş hərbi müfəttişi və müavinləri işdən çıxarılıblar

Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi və onun iki müavini vəzifələrindən azad ediliblər.

Xezerxeber.az-ın "sputnik armenia”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qərara əsasən, Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi Movses Akopyan və onun iki müavini – Vaçaqan Nersisyan və Kamo Koçunç işdən çıxarılıblar.

Xatırladaq ki, M. Akopyan baş hərbi müfəttiş vəzifəsinə ötən ilin may ayında təyin edilib.

Xəbər lenti