Xəzər Xəbər

ABŞ-la Türkiyə NATO-nun “qəbir qazanıdır” - Almaniya

Dünya | 13:30 • 18 Noyabr 2019
ABŞ-la Türkiyə NATO-nun “qəbir qazanıdır” - Almaniya

Türkiyə kimi, ABŞ-ı da NATO-nun "qəbir qazanı” adlandırmaq olar. Ona görə ki, bu ölkələr alyansı öz milli maraqları üçün istifadə edirlər.

Bunu "RİA Novosti”yə müsahibəsində Almaniya parlamentinin deputatı, Sol fraksiyasının rəsmi nümayəndəsi Aleksander Noy deyib.

"NATO Makronun dediyi vəziyyətə yaxındır. Alyansın tərəfdaşları NATO-dan çox öz maraqları haqqında danışırlar. Bir müddət əvvələ qədər ABŞ alyans daxilində öz maraqlarını müdafiə edirdi, bir neçə il əvvəl isə bunu Türkiyə etməyə başlayıb. NATO bulanıqdır və mən bunu yalnız salamlaya bilərəm”, – deyə o bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Makronun NATO-nun "beyin ölümü” keçirdiyini bəyan etməsi ciddi müzakirələrə səbəb olub./axar.az

Xəbər lenti