Xəzər Xəbər

Rusiya İdlibi bombaladı - 9 dinc sakin öldü

Dünya | 12:09 • 18 Noyabr 2019
Rusiya İdlibi bombaladı - 9 dinc sakin öldü

Rusiyanın Hərbi Hava Qüvvələri İdlibin deeskalasiya zonasına növbəti hava zərbələri endirib.

Zərbə zamanı 9 dinc sakin həlak olub, azı 10 nəfər xəsarət alıb.

Rusiya ordusu Serakib şəhərinə, həmçinin Ureynibe, Fattire, Bsakla və Mellace yaşayış məntəqələrinə hava zərbələri endirib. Serakibdə zərbələr zamanı 4 dinc sakin həlak olub.

Qeyd edilir ki, oktyabrda Suriyanın şimal-qərbində 75 dinc sakin Rusiya Hərbi Hava Qüvvələrinin zərbələrinin qurbanı olub, onlardan 13-ü uşaqlardır.

Arasıkəsilməz atəşlər və hava zərbələri səbəbindən noyabrın əvvəlindən İdlibi 40 min dinc sakin tərk edib./teleqraf

Xəbər lenti