Xəzər Xəbər

Slovak İŞİD-ə görə Çexiyadan qisas almağı qərara alıb

Dünya | 13:37 • 16 Noyabr 2019
Slovak İŞİD-ə görə Çexiyadan qisas almağı qərara alıb

Slovakiya vətəndaşı Dominik Kobulnitski terror aktı törətməyə hazırlaşdığına görə 6 il yarım müddətinə həbs cəzasına məhkum edilib, amma nədənsə Çexiya ərazisində.


AZƏRTAC "Dnes” qəzetinə istinadla xəbər verir ki, məhkum edilmiş slovak bəd niyyətini "İslam dövləti” idealları naminə həyata keçirməyə çalışıb, amma onun bu terrorçu qruplaşmaya aid olması faktı sübuta yetirilməyib. Odur ki, yalnız sosial şəbəkələrdə İŞİD terrorizmini təbliğ edən postlarına, habelə düşündüyü, lakin həyata keçirə bilmədiyi terror aktına görə Kobulnitski xeyli müddətə azadlığından məhrum olacaq.


Praqa şəhər məhkəməsinin hökmü səslənib, doğrudur, hələlik qüvvəyə minməyib. Amma hətta cavabdeh apelyasiya şikayəti versə belə, çətin ki, onun şikayəti təmin edilsin. Bundan əlavə, slovak cəzasını çəkəndən sonra vətənə göndəriləcək və onun Çexiya ərazisinə gəlməsi qadağan ediləcək.

Xəbər lenti