Xəzər Xəbər

Parlament qarşısında ETİRAZ AKSİYASI Batumi ayağa qalxdı

Dünya | 12:22 • 15 Noyabr 2019
Parlament qarşısında ETİRAZ AKSİYASI

Gürcüstanın Batumi şəhərində etiraz aksiyası baş qaldırıb.

Müxalif Vahid Milli Birlik Hərəkatı Partiyası və "Ayıb" Hərəkatının üzvləri proporsional seçki sisteminə keçidlə bağlı qanunun parlamentdə qəbul olunmamasına etiraz ediblər.

Etirazçılar hökumət binasının qarşısında toplaşaraq əməkdaşların binaya daxil olmasına imkan verməyiblər. Bu zaman onlarla polis arasında qarşıdurma baş verib.

Bir neçə etirazçı saxlanılıb./publika.az

Xəbər lenti