Xəzər Xəbər

“İran oğurladığı o adamı qaytarmalıdır” – Trampdan xəbərdarlıq

Dünya | 18:23 • 11 Noyabr 2019
“İran oğurladığı o adamı qaytarmalıdır”

ABŞ Prezidenti Donald Tramp İranın uranı zənginləşdirmək qərarını iki ölkə arasındakı münasibətlər üçün "çox pis addım” adlandırıb.

O, bu barədə Tvitter səhifəsində yazıb.

"Əldə etdiyimiz məlumata görə İran uranı zənginləşdirir və zənginləşdirməyə davam edir. Bu çox pis bir addımdır”, - Amerika başçısı qeyd edib.

Tramp vurğulayıb ki, çox müsbət addım İranın 2007-ci ildə oğurladığı Federal Təhlükəsizlik Bürosunun əməkdaşı Robert Levinsonun ABŞ-a qaytarılması olacaq.

Xəbər lenti