Xəzər Xəbər

Türkiyədə turizm vergisi başlayır OTELLƏR BAHALAŞACAQ

Dünya | 17:42 • 11 Noyabr 2019
Türkiyədə turizm vergisi başlayır

Türkiyə parlamentinin Vergi və büdcə komissiyası gələn ildən oteldə bir sutka qalmaq üçün 6 lirədən 18 lirəyədək vergi tutulması təklifini irəli sürüb.

Bu təklifə görə, bir həftəlik beşulduzlu otel sifariş verən qonaq Türkiyənin dövlət büdcəsinə təxminən 22 dollar vergi ödəməli olacaq. Bundan əvvəl Maliyyə Nazirliyi gələn ildən otel nömrəsinin qiymətinin 1 faizindən 6 faizinədək vergini otel sahiblərindən tutmağı təklif etmişdi.

Parlamentdəki müzakirələrdən sonra verginin turistlərin üzərinə keçirilməsi gündəliyə gətirildi. Qanunun qəbul ediləcəyi təqdirdə 12 yaşdan yuxarı hər bir turist oteldə qalmağa görə vergi ödəməli olacaq və həmin verginin məbləği otelin kateqoriyasından asılı olaraq 6 lirədən 18 lirəyədək dəyişəcək.

Türkiyədə otel biznesi ilə məşğul olan işgüzar dairələr bu təşəbbüsə öz etirazlarını bildiriblər./fed.az

Xəbər lenti