Xəzər Xəbər

“Ərdoğan İŞİD-lə birlikdə…” – Əsəddən şok ittiham

Dünya | 17:24 • 11 Noyabr 2019
“Ərdoğan İŞİD-lə birlikdə…”

"İŞİD terror təşkilatının 2014-cü ildən bəri Suriya neftini oğurlaması işində iki ortağı var; bunlardan biri Rəcəb Tayyib Ərdoğandır, digəri həmişə başqa ölkələri talayan amerikalılardır”.

Bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

Suriya başçısı Rusiya KİV-ə açıqlamasında ölkəsi ətrafında gedən proseslərə diqqət çəkib:

"Türklər qonşumuzdur, onlarla ortaq tariximiz var. Türkləri heç vaxt özümüzə düşmən elan etmərik. Düşmən Ərdoğandır, siyasəti və zümrəsidir”.

Əsəd ABŞ-ın Suriyaya yönəlik addımlarını da sərt tənqid edib:

"Amerikalılar həmişə başqa ölkələri müxtəlif yollarla talamağa çalışır. Sadəcə neft, pul və maliyyə mənbələrini yox, xalqlarını da oğurlayırlar”./Teleqraf

Rubrikanın digər xəbərləri

Xəbər lenti