Xəzər Xəbər

ABŞ Ukraynadan "əl çəkmir": Növbəti yardımlar...

Dünya | 17:06 • 11 Noyabr 2019
ABŞ Ukraynadan "əl çəkmir":

Ukraynaya yardımları davam etdirmək zəruridir.

Bu sözləri ABŞ-ın Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri, general Mark Milli deyib.

"ABŞ pul, konsultasiya, məşq, heyət və texnika ilə yardım etmək qərarına gəlib. Biz bunu hər iki administrasiya dövründə etmişik və davam etdirəcəyik. Düşünürəm ki, Ukraynanın azadlığının və suverenliyinin qorunması üçün yardımları davam etdirməliyik”, - deyə general bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin müşaviri Robert Obrayen Ukraynaya köməyin əbədi olmayacağını, Rusiya və Ukrayna arasında hansısa sülh razılaşmasına ümid etdiyini bildirmişdi./axar.az

Xəbər lenti