Xəzər Xəbər

Bu ərazidən hər gün insan meyiti tapılır – Qorxunc olayın sirri

Dünya | 16:09 • 11 Noyabr 2019
Bu ərazidən hər gün insan meyiti tapılır

Meksikanın Puerto Penasko şəhəri yaxınlığında yerləşən çöllük ərazidəki bir çuxurda 10 insan meyiti tapılıb.

Meksika polisinin verdiyi açıqlamada cəsədlərin ABŞ-la sərhəd bölgədə aşkar edildiyi bildirilib.

Sözügedən yerdə 10 cəsədin tapıldığının bildirildiyi açıqlamada oktyabr ayından bu yana bölgədə aşkar olunan meyit sayının 52-yə çatdığı vurğulanıb.

Açıqlamada az qala hər gün bu bölgədə insan cəsədinə rast gəlindiyi qeyd olunub.

Məlumata görə, narkotik mafiyaları işlədiyi cinayətləri ört-basdır etmək məqsədilə belə üsullardan istifadə edir.

Puerto Penasko vaxtilə Şinalo narkotik karteli ilə rəqiblərinin qarşıdurmasına səhnə olmuşdu./teleqraf

Xəbər lenti