Xəzər Xəbər

Avropada silah həyəcanı MERKEL ÇAĞIRIŞ ETDİ

Dünya | 13:32 • 11 Noyabr 2019
Avropada silah həyəcanı

Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır.

Kansler ənənəvi həftəlik video müraciətində bunları söyləyib: "Gələcəkdə silah sistemlərini birlikdə inkişaf etdirəcəyik, o cümlədən hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək. Almaniya və Fransa burada ən inkişaf etmiş ölkələrdəndir" deyə o bildirib.

Kansler əlavə edib ki, Almaniyanın təhlükəsizliyi Bundesverin(Almaniyanın silahlı qüvvələri) iştirakı ilə təmin olunur, buna görə silahlı qüvvələr inkişaf üçün lazımı maliyyə mənbələrini almalıdırlar. (trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti