Xəzər Xəbər

İraqda partlayış zamanı 5 italiyalı hərbçi yaralanıb

Dünya | 10:21 • 11 Noyabr 2019
İraqda partlayış zamanı 5 italiyalı hərbçi yaralanıb

İraqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun partlaması nəticəsində 5 italiyalı hərbi qulluqçu yaralanıb.


Xezerxeber.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.


Hərbçilər İraq təhlükəsizlik qüvvələrinin terrorçu qruplaşmalarla mübarizə üzrə təlim missiyasının tərkibində olublar. Onlar helikopterlə xəstəxanaya çatdırılıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Xəbər lenti