Xəzər Xəbər

Kanadada güclü qar səbəbindən 175-dən çox qəza baş verib

Dünya | 11:25 • 10 Noyabr 2019
Kanadada güclü qar səbəbindən 175-dən çox qəza baş verib

Kanadanın Edmonton şəhərində güclü qar yağması səbəbindən 175-dən çox yol qəzası baş verib.

Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Milli Hava Bürosundan bildiriblər ki, noyabrın 8-dən 9-na keçən gecə güclü qar yağıb və bu vaxta qədər yağan qar örtüyünün hündürlüyu şəhərin bəzi yerlərində 20 sm-ə qədər olub. Qar qəzaların sayının kəskin dərəcədə artmasına səbəb olub.

Hal hazıda Edmonton polisi ən az 13 nəfərin xəsarət aldığı 176 yol-nəqliyyat hadisəsi qeydə alıb.

Xəbər lenti