Xəzər Xəbər

Ərdoğan ABŞ-la bağlı qərarını açıqladı: "Putinlə..."

Dünya | 13:52 • 7 Noyabr 2019
Ərdoğan ABŞ-la bağlı qərarını açıqladı:

"Dünən axşam telefonda danışdıqdan sonra ABŞ-a gedəcəyimə qərar verdim”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən öncə hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Siyasətdə bir şeyi xatırlatmaq istəyirəm: bizim üçün ən önəmli hökm bütün işlərimizdə müzakirəyə əhəmiyyət verməkdir. Hazırda səfəri çox fərqli zamanda, "Barış Pınarı” əməliyyatının davam etdiyi vaxtda edirik”, - Ərdoğan deyib.

O bildirib ki, Suriya məsələsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə də müzakirə aparacaq.

Qeyd edək ki, Donald Tramp Türkiyə prezidentini 13 noyabrda Vaşinqtona dəvət edib.

publika.az

Xəbər lenti