Xəzər Xəbər

ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərir

Dünya | 11:54 • 7 Noyabr 2019
ABŞ xüsusi nümayəndəsini Türkiyəyə göndərir

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Türkiyəyə gedəcək.

O, 8-9 noyabrda Ankarada rəsmi səfərdə olacaq.

ABŞ Dövlət Departamenti tərəfindən verilən açıqlamada Ceffrinin İstanbula da gedəcəyi bildirilib.

Həmçinin, nümayəndənin türk rəsmilərlə yanaşı, Suriyadakı müxalif qüvvələrin təmsilçiləri ilə də görüşəcəyi qeyd olunub. Səfərin gündəliyi Suriya və İŞİD-lə mübarizədir./publika.az

Xəbər lenti