Xəzər Xəbər

Tramp Ərdoğanla telefon söhbətindən danışdı

Dünya | 09:32 • 7 Noyabr 2019
Tramp Ərdoğanla telefon söhbətindən danışdı

ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla "çox gözəl telefon söhbəti" barədə danışıb.

Söhbət xüsusən İŞİD terrorçularının tutulması, Suriya ilə sərhəddəki vəziyyət barədə olub.

D.Tramp yazıb: "Mən indicə Türkiyə prezidenti ilə çox gözəl söhbət etdim. O mənə bildirdi ki, onlar (türk hərbçiləri) münaqişə zamanı qaçdığı bildirilən bir neçə İŞİD silahlısını, o cümlədən terrorçu-qatilin (İŞİD lideri Əbu Bəkr) əl-Bağdadinin arvadını və bacısını tutublar".

Bundan əlavə, D.Tramp T.Ərdoğanla noyabrın 13-ü Vaşinqtonda görüşəcəyini təsdiqləyib./publika.az

Xəbər lenti