Xəzər Xəbər

1992-ci ildən Ukraynada 60 jurnalist həlak olub

Dünya | 21:18 • 6 Noyabr 2019
1992-ci ildən Ukraynada 60 jurnalist həlak olub

Ukrayna Ali Radasının söz azadlığı məsələləri komitəsinin sədri Nestor Şufriç bildirib ki, 1992-ci ildən Ukraynada 60 jurnalist həlak olub.

AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, o, bunu parlamentdə "Ukraynada jurnalistlərin fəaliyyətinin təhlükəsizliyi: vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda dinləmələr zamanı bəyan edib.

N.Şufriç deyib: "Bu gün ölkəmizdə jurnalistlərə güc tətbiqi halları, təəssüf ki, adi hala çevrilib. KİV işçilərinə qarşı cinayətlərin 92 faizi cəzasız qalır, jurnalistlərə hücumla bağlı hər 12 işdən yalnız biri məhkəməyə göndərilir”.

Komitə başçısı onu da bildirib ki, qanunvericiliyə görə, KİV əməkdaşına hücum hüquq mühafizə orqanları əməkdaşına hücuma bərabər tutulur. O, jurnalistlərin peşə fəaliyyətinə əngəl olmağın ciddi cəzalandırılmasının zəruri olduğunu vurğulayıb.

Xəbər lenti