Xəzər Xəbər

Qazaxıstanda ekstremist məzmunlu 13 mindən çox materialın yayılmasının qarşısı alınıb

Dünya | 16:52 • 6 Noyabr 2019
Qazaxıstanda ekstremist məzmunlu 13 mindən çox materialın yayılmasının qarşısı alınıb

2019-cu ilin əvvəlindən bu günə qədər Qazaxıstanda terrorizm və dini ekstremizm ideologiyasının təbliğ edildiyi 13 mindən çox materialdan istifadə imkanı məhdudlaşdırılıb.


AZƏRTAC xəbər verir ki, Qazaxıstanın İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayevin sözlərinə görə, bu gün Qazaxıstanda pozucu dini cərəyanların tərəfdarlarının sayı azalmaqdadır. Kütləvi informasiya vasitələrində radikal ideologiyanın təbliğinə qarşı fəaliyyət təşkil edilib, radikal ideologiyasının zərəri barədə məlumatlar yayılır, dünyəvi dəyərlərin və konfessiyalararası həmrəyliyin əhəmiyyəti təbliğ edilir, "Kazislam” mənəvi-maarifçilik portalı modernəşdirilib, internet məkanında hüquqazidd xarakterli materialların aşkar edilməsi və daha sonra onların bloklanması və ya kənarlaşdırılması məqsədilə monitorinq tədbirləri keçirilir.


Nazir bildirib ki, 2019-cu ilin əvvəlindən bu günə qədər hüquqazidd xarakterli 25 mindən çox material internet resursların mülkiyyətçiləri və administrasiyası tərəfindən bu məkandan silinib.

Xəbər lenti