Xəzər Xəbər

Ərdoğan: Bağdadinin arvadı tutulub

Dünya | 16:30 • 6 Noyabr 2019
Ərdoğan: Bağdadinin arvadı tutulub

İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı həbs edilib.


Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.


"Biz də İŞİD liderinin həyat yoldaşını həbs etmişik. Bu gün bunu ilk dəfə açıqlayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.


Ərdoğan xatırladıb ki, Əbubəkr əl-Bağdadinin bacısı da həbs olunub. 


Türkiyə Prezidenti qeyd edib ki, İŞİD ilk növbədə İslama real təhlükədir. Türkiyə Prezidenti əlavə edib ki, Ankara terrorizmə qarşı fəal mübarizəsini davam etdirir.


Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

Xəbər lenti