Xəzər Xəbər

ABŞ rəsmiləri Ərdoğanın səfərinin ləğv edilməsini istəyir – Qalmaqal

Dünya | 15:29 • 6 Noyabr 2019
ABŞ rəsmiləri Ərdoğanın səfərinin ləğv edilməsini istəyir

ABŞ-Türkiyə münasibətlərində gərginlik Prezident Ərdoğanın noyabrın 13-də Vaşinqtona planlaşdırılan səfəri öncəsi hər gün artır.

Bu dəfə ABŞ Konqresi Prezident Trampa çağırış edərək, türkiyəli həmkarı ilə görüşü ləğv etməyə çağırıb.

Türkiyənin NATO müttəfiqi olduğunu gündəmə gətirməyi lazım bilməyən Senatın Xarici Əlaqələr Komitəsinin nümayəndəsi, demokrat senator Bob Menendez Suriyadakı YPG/PYD-nin varlığını qabardıb və "Tramp və Ərdoğanın Vaşinqtonda çəkilən bir fotosu kürdlərin sülh və təhlükəsiz içində yaşamasına sadəcə zərər verməyəcək, eyni zamanda ABŞ-ın gələcəkdə baş verəcək müharibələrdə müttəfiqlərinə qarşı etibarını yox edəcək” ifadələrini işlədib.

Senator Prezident Trampı Ərdoğanın gözlənilən səfərini təxirə salmağa çağırıb və Vaşinqtonun etibarına zərər verməməyin lazım olduğunu xatırladıb: "Ərdoğanın NATO şərtlərinə tabe olması və beynəlxalq aləmə hörmət göstərməsinin lazım olduğunu isbatlamağın zamanı gəlib. Senatın hərəkətə keçməsi lazımdır”./teleqraf

Xəbər lenti