Xəzər Xəbər

Hindistan S-400 zenit-raket kompleksləri üçün 850 milyon dollar avans ödəyib

Dünya | 14:54 • 6 Noyabr 2019
Hindistan S-400 zenit-raket kompleksləri üçün 850 milyon dollar avans ödəyib

Hindistan S-400 "Triumf” zenit-raket kompleksləri üçün 850 milyon dollarlıq ilk avansı ödəyib və Rusiyadan onların çatdırılması qrafikini sürətləndirməsini istəyib.


AZƏRTAC "The Economic Times” qəzetinə istinadla xəbər verir ki, 2018-ci ilin oktyabrında imzalanan S-400 komplekslərinin beş polk komplektinin çatdırılması üzrə sazişin ümumi dəyəri 5,43 milyard dollardır. Çatdırılma prosesinin sürətləndirilməsi Rusiya-Hindistan hökumətlərarası komissiyasının bu gün keçirilən iclasında müzakirə olunmalıdır.


Rusiya silahlarının alınması ilə bağlı iki dövlət arasında ödəniş mexanizmi qurulduqdan sonra Dehli ABŞ sanksiyalarından yayınmaq üçün çatdırılma qrafikini sürətləndirmək qərarına gəlib.


Nyu-Dehli və Moskva arasında silah sazişləri Hindistanı Cənubi Asiyadakı əsas tərəfdaşı hesab edən Vaşinqtonun tənqidinə hədəf olub. ABŞ S-400 zenit-raket kompleksləri üzrə əməkdaşlıqdan imtina etməyəcəyi təqdirdə Hindistanı sanksiyalarla hədələyib, Nyu-Dehli isə güzəştə getmək niyyətində olmadığını bildirib.


Uzaq məsafəli zenit-raket sistemi olan S-400 "Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul edilib. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.


Hindistan Belarus, Çin və Türkiyədən sonra "Triumf” zenit-raket kompleksləri alan dördüncü ölkə olacaq.


Xəbər lenti