Xəzər Xəbər

Baş nazir parlamentin buraxılmasına icazə üçün Kraliça II Yelizaveta ilə görüşüb

Dünya | 14:54 • 6 Noyabr 2019
Baş nazir parlamentin buraxılmasına icazə üçün Kraliça II Yelizaveta ilə görüşüb

Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentin buraxılması üçün Kraliça II Yelizaveta ilə görüşüb.


Bu barədə Boris Conson "Twitter" səhifəsində bildirib.


O, rəsmi olaraq Britaniya parlamentinin buraxılmasına icazə istəmək üçün Bukingem Sarayına getdiyini yazıb.


Qeyd edək ki, parlamentin buraxıldığı rəsmi olaraq təsdiqləndikdən sonra dekabrdın 12-də keçiriləcək seçkilər üçün kampaniya başlayacaq.

Xəbər lenti