Xəzər Xəbər

İran nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı atıb

Dünya | 14:28 • 6 Noyabr 2019
İran nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı atıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin iştirakı ilə Fordo nüvə zavoduna 2 min kq UF6 qazı gətirilib.


APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.


O qeyd edib ki, İran bu gündən nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı ataraq Nətənz atom elektrik stansiyasından 2 min kq UF6 qazını Fordo nüvə zavoduna köçürüb.


Xatırladaq ki, ötən gün H. Ruhani İranın nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı atacağını bəyan edib.

Xəbər lenti